• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu şorabalar qışda immuniteti yüksəldir

CƏMİYYƏT

13 Dekabr 2022 | 05:29 | Müəllif: Qalib İbrahimoğlu

Bu şorabalar qışda immuniteti yüksəldir

Bir çox həkimlər şorabanın duzlu olması səbəbindən orqanizmə zərərli olduğunu desə də, elə şorabalar var ki, onlar orqanizm üçün əksinə faydalıdır.

Bakıvaxtı.az xəbər verir ki, həkim Svetlana Malinovskaya qışda immuniteti möhkəmlədəcək 2 sadə duzlu qidanı açıqlayıb.

Qışda xəstəliklərə qarşı düzgün qida seçmək önəmlidir.

“Bahalı ərzaqlara üz tutmaq lazım deyil. Məsələn, duzlu xiyar, kələm, duzlu balıq- fermentasiya prosesindən keçdiyi üçün şəkər süd turşusuna çevrilir. Süd turşusu isə bağırsaq mikroflorasının sevdiyi maddədir. Bu zaman faydalı bakteriyalar artır, immunitet aktivləşir, metobolizm artır.

Duzlu xiyar təzə xiyarın bütün faydalı xüsusiyyətlərini qoruyub saxlayır və gündə 1-2 kiçik xiyar yemək kifayətdir ki, mədə şirəsinin sintezi aktivləşsin, eləcə də öd işləsin.

Seledka balığı isə A, E, D, Omeqa 3-lə zəngindir.

Bu qida sinir, ürək-damar sisteminə yaxşı təsir edir”./bakupost.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026