• Bakı 19° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Bu məşhur xərçəngi YENDİ

DÜNYA

17 Sentyabr 2026 | 07:56 | Müəllif: Ayyət Əhməd

Bu məşhur xərçəngi YENDİ

Prezident Donald Trampın aparat rəhbəri  Suzi Vayls xərçəng diaqnozu açıqlandıqdan təxminən altı ay sonra bu xəstəlikdən azad olduğunu açıqlayıb.

Bakıvaxtı.az-ın “LeFigaro.fr”ə istinadən verdiyi xəbərə görə, o, patologiya nəticələrinin normal olduğunu qeyd edib:

“Mən xərçəngdən azadam”.

S.Vayls ailəsinə, dostlarına və həkimlərinə təşəkkür edərək, eyni zamanda Prezident D.Trampa sarsılmaz dəstəyinə görə çox xüsusi təşəkkürünü ifadə edib:

“Mən ona dərin minnətdaram və onunla “Amerika Birinci” gündəliyini inkişaf etdirmək üçün çalışmağa davam edəcəyəm”.

Qeyd edək ki, 69 yaşlı S.Vayls ötən ilin mart ayında ona döş xərçəngi diaqnozu qoyulduğunu və müalicə aldığını bildirib.

Aydın


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026