q
  • Bakı 15° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

Britaniya Hörmüz boğazının şərtsiz açılmasını istəyir

DÜNYA

17 Aprel 2026 | 08:54

Britaniya Hörmüz boğazının şərtsiz açılmasını istəyir

Böyük Britaniya Hörmüz boğazının heç bir ilkin şərt olmadan açılmasının tərəfdarıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kir Starmerin bəyanatında bildirilib.

“Boğazın şərtsiz və dərhal açılması qlobal məsuliyyətdir və biz dünya üzrə enerji və ticarət axınlarının bərpası üçün hərəkətə keçməliyik”, – deyə bəyanatda qeyd olunur.

Starmer vurğulayıb ki, o və Fransa Prezidenti Emmanuel Makron gəmiçilik azadlığının qorunması üçün çoxtərəfli təşəbbüsün yaradılmasına sadiqdirlər.

“Biz kommersiya gəmiçiliyini təmin etməli və qlobal sabitlik və təhlükəsizliyə qayıdış üçün minalardan təmizləmə əməliyyatlarını dəstəkləməliyik”, – deyə o əlavə edib.


SON XƏBƏRLƏR

16 Aprel 2026