• Bakı 16° C

    0.32 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

"Böyük Köç" DAVAM EDİR: Yolumuz Cəbrayıla  - YENİLƏNİB

SİYASƏT

28 Avqust 2026 | 12:32 | Müəllif: Əli Hüseynov

"Böyük Köç" DAVAM EDİR: Yolumuz Cəbrayıla - YENİLƏNİB

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan ailələrə evlərin açarları təqdim olunub.

Bakıvaxtı.az xəbər verir ki, açarların təqdim edilməsi mərasimində sakinlər mina təhlükəsizliyi qaydaları haqqında məlumatlandırılıblar.

Bu mərhələdə Şükürbəyliyə 15 (86 nəfər) daimi qayıdış təmin edilib.

***

11:59

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan köç karvanları təyinat yerlərinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Qeyd edək ki, bu mərhələdə Şükürbəyliyə 15 (86 nəfər) köçürülüb.

***

11:53

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə ümumilikdə daha 18 ailə yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 15 (86 nəfər) daimi qayıdış təmin olunub.

Qeyd edək ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR