• Bakı 28° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

BMT-nin Baş katibi 17 ildən sonra ilk dəfə Suriyaya səfər edib

DÜNYA

25 Iyul 2026 | 22:41

BMT-nin Baş katibi 17 ildən sonra ilk dəfə Suriyaya səfər edib

BMT-nin Baş katibi Antonio Quterreş Suriyaya rəsmi səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu, 2009-cu ildən bəri BMT rəhbərinin Dəməşqə ilk səfəridir.

    Quterreş Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşərək ölkənin bərpası və keçid dövrünə beynəlxalq dəstəyin davam etdiriləcəyini bildirib.

    Səfər Suriyada uzun illər davam edən müharibədən sonra beynəlxalq ictimaiyyətin ölkə ilə əlaqələri bərpa etməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

    “Heç bir ölkə ağır münaqişədən sonra təkbaşına yenidən qurula bilməz. Biz Suriyaya bu yolda kömək etməliyik”, - Quterreş deyib.

    Quterreş onu da bildirib ki, Suriyanın gələcəyi suriyalıların öz əllərində olmalıdır və BMT ölkənin yenidən qurulması, qaçqınların qayıdışı və siyasi keçid prosesini dəstəkləməyə hazırdır.

    BMT-nin Baş katibi İsrailin Suriyanın cənubundakı hərbi əməliyyatlarını və hava zərbələrini də tənqid edərək bunların Suriyanın suverenliyinin pozulması olduğunu bildirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Iyul 2026
    24 Iyul 2026