• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

BMT Baş katibi: “İstanbulda ciddi addım atılıb”

DÜNYA

13 Iyul 2022 | 22:56 | Müəllif: Subhan Mahmudov

BMT Baş katibi: “İstanbulda ciddi addım atılıb”

"İstanbulda Rusiya, Türkiyə, Ukrayna hərbi nümayəndə heyətləri və BMT nümayəndələrinin Ukraynadan taxıl ixracı məsələsi ilə bağlı keçirilən görüşündə ciddi addım atılıb".

Bakıvaxtı.az "report"a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterreş bildirib.

"Bu gün İstanbulda Ukraynadan Qara dəniz vasitəsilə ərzaq məhsullarının təhlükəsiz və etibarlı ixracının təmin edilməsi istiqamətində mühüm addımın şahidi olduq", - o vurğulayıb.

Onun sözlərinə görə, bunun praktikada tətbiqi üçün daha çox texniki iş tələb olunacaq.

BMT tərəflərin taxıl ixracına dair rəsmi razılığa gələcəyinə ümid edir.

A.Quterreş hesab edir ki, tərəflər gələn həftə taxıl ixracı ilə bağlı razılığa gələ bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026