• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Blinken devrilmiş Niger prezidentinə zəng etdi

DÜNYA

09 Avqust 2023 | 09:48

Blinken devrilmiş Niger prezidentinə zəng etdi

ABŞ-nin Dövlət katibi Antoni Blinken hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılan Niger prezidenti Məhəmməd Bazuma zəng edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi özünün “Twitter” səhifəsində məlumat verib.

“Mövcud konstitusiya böhranının sülh yolu ilə həlli üçün davam edən səylərimizi ifadə etmək üçün Niger Prezidenti Bazum ilə danışdıq”, - A.Blinken qeyd edib.

A.Blinken telefon danışığının digər təfərrüatı barədə məlumat verməyib.

Qeyd edək ki, iyulun 26-da bir qrup Niger hərbçisi qiyam qaldırıb, Prezident Məhəmməd Bazumu hakimiyyətdən kənarlaşdırıb, ölkədə komendant saatı tətbiq edib, partiyaların fəaliyyətini qadağan edib.

Ölkənin idarə edilməsi üçün iyulun 28-də general Abdurahman Tçianinin rəhbərliyi ilə Milli Şura yaradılıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR