• Bakı 22° C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

 Birinci Qarabağ müharibəsindən qalan sursatlar - FOTO

HADİSƏ

19 Avqust 2026 | 11:14 | Müəllif: Əli Hüseynov

Birinci Qarabağ müharibəsindən qalan sursatlar - FOTO

Ağdam rayonunun Qarağacı qəbiristanlığında qəbir qazılan zaman hərbi sursat aşkarlanıb.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, hadisə ilə bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin “Qaynar xətti”nə məlumat daxil olduqdan sonra əraziyə əməliyyat qrupu cəlb edilib.

    Ərazidə aparılan baxış zamanı yerin təxminən 1,5 metr dərinliyində Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat aşkar edilib.

    Aşkar edilən hərbi sursat Agentlik əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazinin təhlükəsizliyi təmin edilib.

    ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa və təhlükəli hallarda 805, 102 və ya 112 “Qaynar xətləri”nə məlumat verməyə çağırıb.


    Birinci Qarabağ müharibəsindən qalan sursatlar - FOTO
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    08 Oktyabr 2026