• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

“Bilik Günü”nün tıxacına hazırıqmı? - Bir qədər də pisləşəcək...

CƏMİYYƏT

14 Sentyabr 2026 | 13:44 | Müəllif: Qalib İbrahimoğlu

“Bilik Günü”nün tıxacına hazırıqmı? - Bir qədər də pisləşəcək...

Sabah yeni dərs ilinin tədris ilinin (Bilik Gününün) başlanması və ilə əlaqədar Bakı yollarında güclü sıxlıq və tıxacların yaranması gözlənilir. Belə ki, sagird və tələbələrin məktəb və universitetlərə gediş-gəlişi, valideynlərin avtomobillərdən daha çox istifadə etməsi səhər və axşam saatlarında yollarda hərəkətin intensivliyini artıracaq.

Eyni zamanda, Bakı Şəhər Halqasının əhatə etdiyi küçələrdə tətbiq olunacaq hərəkət məhdudiyyətləri nəqliyyat yükünü daha da artıraraq alternativ yollarda əlavə sıxlıq yarada bilər. Yeni dərs ili ilə əlaqədar olaraq  hərəkətin təhlükəsizliyini təmin etmək üçün Bakıda  artıq bir çox tədbirlər həyata keçirilib.

Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları nəqliyyat vasitələrinin və məktəblilərin təhlükəsizliyin üçün zəruri addımlar atıb. Məktəblərin yanındakı piyada zolaqları rənglənib, yol nişanları səliqəli formaya salınıb və eyni zamanda maarifləndirmə işləri aparılıb. Bununla yanaşı, yollarda hərəkət edərkən onlara diqqətli olmaq tövsiyə edilib. Bildirilib ki, sentyabrın 15- də valideynlərlərin və müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Çünki məktəbə gedən və qayıdan uşaqlar yol hərəkəti qaydalarına riayət etməlidir.

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan nəqliyyat eksperti Ərşad Hüseynov Bakının Baş Planının təsdiqləndiyini xatırladıb. Onun sözlərinə görə, bəzi məqamlarda hətta Baş Plan da öz aktuallığını itirməyə başlayır:

“Bakının Baş Planında nəzərdə tutulan bəzi tədbirlər o qədər maliyyə tutumludur ki, onları həyata keçirmək mümkün olmayacaq. Ona görə də burada yeganə de-urbanizasiya məsələsi qalır”.

Ərşad Hüseynov: 1 saata getdiyimiz yolu, ən yaxşı halda 1.5 saata gədəcəyik

Müsahibimizə görə, insanlar üçün elə bir mühit yaradılmalıdır ki, əhali Bakıya, mərkəzə axın etməsin, yaşadıqları rayonlarda, kəndlərdə qalsınlar:

“Yaxud, gələnlər öz bölgələrinə qayıtsınlar”.

Əeşad Hüseynov vurğuıayıb ki, nə qədər xoş olmasa da, 15 sentyabr günü şəhərin tıxac mənzərəsi bir qədər də pisləşəcək:

“Məsələn, 1 saata gəldiyimiz yolu, ən yaxşı halda 1.5 saata gedəcəyik. Əfsuslar ki, vəziyyət bu cürdür”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026