• Bakı 22° C

    5.26 m/s

Beyonsu qarət etdilər

MƏDƏNİYYƏT

27 Mart 2021 | 16:02

Beyonsu qarət etdilər

Amerikalı məşhur müğənni Beyonsun bir milyon dollar dəyərində əşyaları oğurlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TMZ portalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslər müğənninin əmlakının saxlanıldığı Los-Ancelesdəki anbardan bir milyon dollarlıq oğurluq ediblər. Məlumata görə, bu, oğruların ay ərzində anbara ikinci gəlişidir. Onlar Beyonsun bahalı əl çantalarını, geyimlərini və müğənninin stilistlərindən birinə məxsus əşyaları götürüblər.

Los-Anceles polisi oğurluq faktını araşdırır, hələlik saxlanılan yoxdur.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026