• Bakı 23° C

    5.38 m/s

Ağadadaş Ağayev əməliyyatdan sonra - Foto

MƏDƏNİYYƏT

24 Aprel 2021 | 19:03

Ağadadaş Ağayev əməliyyatdan sonra - Foto

Türkiyədə müalicə olunan xalq artisti Ağadadaş Ağayevin vəziyyəti yaxşıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə aparıcı Nuran Hüseynov sosial şəbəkədə məlumat paylaşıb.

“Ağadadaşın əhvalını yaxşı gördüm. Belə məqamlarda insan üçün vacib olan motivasiyadır. Mən Ağadadaşa heç vaxt xəstə yatağı yaraşdırmazdım. Özünə də eləcə dedim. "Sənə yataq yox, səhnə yaraşır". Gülümsündü. "Tezliklə görüşərik" dedi. Allah şəfa versin!”, - aparıcı bildirib.

Xatırladaq ki, A.Ağayev bir neçə gün öncə İstanbulda əməliyyat olunub.


Ağadadaş Ağayev əməliyyatdan sonra - Foto
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026