Birləşmiş Ştatlar öz infrastrukturu da daxil olmaqla, irimiqyaslı investisiyalar qoymasa, dünyada iqtisadi üstünlüyünü itirmək riski daşıyır.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Miçiqan əyalətində ölkənin infrastrukturunun inkişafı üçün təklif etdiyi plana həsr olunmuş tədbirdə deyib.
ABŞ rəhbəri bildirib ki, dönüş nöqtəsindəyik: "Amerika tarixində hər 40-80 ildən bir hansı istiqamətə gedəcəyimizi seçməli olduğumuz zaman özümüzü bir dönüş nöqtəsində görürük. Amerika uzun müddətdir ki, dünyanın tempini təyin etdi. XX əsrin çox hissəsində, özümüzə, xalqımıza və ölkəmizə sərmayə qoyulması baxımından dünyaya əhəmiyyətli bir fərqlə liderlik etdik. Ancaq sonra nə isə oldu. Yavaşladıq, özümüzə investisiya qoymağı dayandırdıq".
Prezidentin sözlərinə görə, Amerika hələ də dünyanın ən böyük iqtisadiyyatıdır, lakin bir ölkə olaraq, üstünlüyümüzü itirmək riski var.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















