• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Bavariya"nın əfsanəsi klubdan gedir 

İDMAN

05 Aprel 2025 | 15:20 | Müəllif: Gülşən Şərif

"Bavariya"nın əfsanəsi klubdan gedir

Almaniyalı futbolçu Tomas Müller cari mövsüm başa çatdıqdan sonra "Bavariya"dan ayrılacağını açıqlayıb.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, 35 yaşlı futbolçu sosial şəbəkələr vasitəsilə Münhen komandasında çıxışını davam etdirmək istədiyini, lakin klubun müqaviləni yeniləməmək qərarına hörmətlə yanaşdığını bildirib.

2000-ci ildən "Bavariya"da çıxış edən və karyerasını bu kluba həsr edən təcrübəli hücumçu Bundesliqa təmsilçisinin heyətində 12 dəfə Almaniya çempionu, 2 dəfə Çempionlar Liqasının qalibi adını qazanıb.

Qeyd edək ki, Tomas Müller bu mövsüm 36 oyunda 5 qola və eyni sayda məhsuldar ötürməyə imza atıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026