• Bakı 20° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Baş Qərargah rəisi Serbiyaya səfər edib - FOTOLAR

SİYASƏT

20 Sentyabr 2025 | 17:39 | Müəllif: Subhan Mahmudov

Baş Qərargah rəisi Serbiyaya səfər edib - FOTOLAR

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyətinin Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Milan Moysiloviçin dəvəti ilə bu ölkəyə səfəri başlayıb.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, əvvəlcə Belqrad şəhərində yerləşən Taşmaydan parkında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə əklil qoyulub və xatirəsi ehtiramla yad edilib.

    Səfər çərçivəsində general-polkovnik K.Vəliyev serbiyalı həmkarı ilə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıb və Belqrad şəhərində keçirilən hərbi paradda iştirak edib.

    Tədbirlərdə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasıyev iştirak edib.

     


    Baş Qərargah rəisi Serbiyaya səfər edib - FOTOLARBaş Qərargah rəisi Serbiyaya səfər edib - FOTOLARBaş Qərargah rəisi Serbiyaya səfər edib - FOTOLAR
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR