• Bakı 16° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Bankomatda qalan pulu oğurladı - Saxlanıldı

HADİSƏ

17 Mart 2026 | 14:12

Bankomatda qalan pulu oğurladı - Saxlanıldı

Nizami rayonunda paytaxt sakini olan bir nəfər bankomatda unutduğu 676 manatının oğurlanması barədə polisə müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı H.Allahverdiyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, kart sahibi əməliyyatı başa çatdıra bilməyib və bankomatın yanından uzaqlaşıb. H.Allahverdiyev isə hesabın açıq olduğunu görərək zərərçəkənin maddi vəsaitini oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026