• Bakı 18° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Balakəndə maşın dirəyə çırpıldı - Ər-arvad xəsarət aldı

HADİSƏ

26 Avqust 2026 | 18:25 | Müəllif: Subhan Mahmudov

Balakəndə maşın dirəyə çırpıldı - Ər-arvad xəsarət aldı

Balakəndə minik avtomobili dirəyə çırpılıb, ər-arvad xəsarət alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonunun Katex kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Balakən rayon sakini Etibar Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yol kənarında quraşdırılmış radar dirəyinə çırpılıb.

Qəzadan sonra sürücü və onun həyat yoldaşı L. Məmmədova xəsarət alıb.

Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026