• Bakı 15° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Bakının məşhur restoranında kütləvi dava - Həbs olunanlar var

HADİSƏ

06 Avqust 2024 | 11:41

Bakının məşhur restoranında kütləvi dava - Həbs olunanlar var

Bakıda məşhur restoranda yeyib-içən 7 nəfər dava saldıqladına görə saxlanılıb. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində yerləşən "Gilavar" restoranında baş verib. 

7 dost avqust ayının 3-də "Gilavar" restoranında yeyib-içiblər. Dostlar həddindən artıq spirtli içki qəbul etdikdən sonra özlərini idarə edə bilməyərək səs-küy yaradıblar. 

Nəticədə onlar məcburi restorandan çölə çıxarılıb. Evə getmək istəyərkən polis tərəfindən dostlardan 4-ü - Rəşad, Fərrux, Elşən və Rüstəm adlı şəxslər saxlanılıb. 

Məhkəmənin qərarı ilə 1982-ci ildə Cəlilabad rayonunun Sabirabad kəndində anadan olmuş Rəşad İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri təqsirli bilinərək, 20 gün müddətinə inzibati qaydada həbs olub. Dostlardan daha biri barəsində həbs qərarı verilib. 1982-ci ildə Goranboy rayonunun Səmədabad kəndində anadan olmuş digər şəxs isə cərimələnib. Qaynarinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR