• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bakıda zəncirvari qəza; ölənlər var

HADİSƏ

12 Dekabr 2021 | 13:54 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda zəncirvari qəza; ölənlər var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. FHN-nin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda "Shacman" markalı yük avtomobili ilə “Mercedes” və "Nissan" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sərnişinlər, 1996-cı il təvəllüdlü Nəsirli Turxan Nizami oğlunun və digər bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan "Mercedes" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR