• Bakı 20° C

    6.22 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Bakıda mağaza yandı

HADİSƏ

07 Dekabr 2021 | 14:37 | Müəllif: Subhan Mahmudov

Bakıda mağaza yandı

Bakıda ərzaq mağazasında yanğın olub.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 200 m² olan (hər mərtəbəsi 100 m², birinci mərtəbəsi ərzaq mağazası kimi fəaliyyət göstərir) ikimərtəbəli evin birinci mərtəbəsində anbara yığılan qarışıq mallar 15 m² sahədə yanıb.

Yüksək temperaturdan anbarın tavanı 15 m² sahədə qarsalanıb. Mağazanın qalan hissəsi, ev və yaxınlığında dayanan minik avtomobili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026