• Bakı 22° C

    5.08 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə olundu - YENİLƏNİB

HADİSƏ

05 Yanvar 2022 | 16:11 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə olundu - YENİLƏNİB

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

İlkin məlumata əsasən, yanğın elektrik kabellərinin keçdiyi şaxtada baş verib. Yanğın zamanı sakinlər təhlükəsiz əraziyə təxliyə olunub.

Əlavə məlumat veriləcək.

***

15:31

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Bakıvaxtı.az-ın FHN-ə istinadən məlumatına görəŞ hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026