Bakıda avtoservis yanıb.
Bakıvaxtı.az FHN- istinadən xəbər verir ki, yanğın şəhərin Binəqədi rayonunda qeydə alınıb. Belə ki, ümumi sahəsi 6000 m² (hər mərtəbəsi 2000 m²) olan üçmərtəbəli avtoservisin mənfi 1-ci mərtəbəsində, sahəsi 105 m² olan mühərrik təmiri sexində şüşə-pambıqdan ibarət tavan və içərisində 30 m² sahədə əşyalar yanıb. Yüksək temperaturdan sahəsi 40 m² olan rəngləmə sexinin lambirindən ibarət tavanı 20 m² sahədə, sahəsi 32 m² olan kafenin mətbəxinin tavanı və 5 m² sahədə plastikdən ibarət qapısı əriyib.
Avtoservisin qalan hissəsəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















