• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycanlılar pullarını ən çox bu məhsullara xərcləyirlər

CƏMİYYƏT

14 Iyun 2023 | 12:46

Azərbaycanlılar pullarını ən çox bu məhsullara xərcləyirlər

2023-cü ilin yanvar-may aylarında Azərbaycanda alıcıların pərakəndə ticarət şəbəkəsində pullarını əsasən hansı məhsullara xərclədiyi açıqlanıb.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, alıcılar aldıqları mallara xərclədiyi vəsaitin 52,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 12,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 4,4 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf edib.

2023-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20,8 milyard manatlıq məhsul satılıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026