• Bakı 22° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Vəzifəli şəxsi iş otağında öldürənin kimliyi məlum oldu - YENİLƏNİB

HADİSƏ

08 Oktyabr 2021 | 14:52

Vəzifəli şəxsi iş otağında öldürənin kimliyi məlum oldu - YENİLƏNİB

Oktyabrın 8-si saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən Mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

*** 14:49

Goranboyda Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Əhmədov Ziyad Ələs oğlunun qətlə yetirilməsinin təfərrüatları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, direktoru bıçaqlayan Mirhadi Bağırov həmin mərkəzdə mühasib işləyirmiş. O, Ziyad Əhmədovu aralarında yaranmış mübahisə nəticəsində bıçaqlayaraq qətlə yetirib.

*** 14:31

Goranboyda qətl hadisəsi baş verib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında baş verib. Mərkəzin direktoru, 1958-ci il təvəllüdlü Əhmədov Ziyad Ələs oğlu iş otağında bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törədən şəxs saxlanılıb. Onun kimliyi dəqiqləşdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026