Bu gün Azərbaycanda vəkillərin peşə bayramı günüdür.
Bakıvaxtı.az xəbər verir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, bu gün 113 nəfər yeni vəkil and içəcək.
“Bununla da ölkədə vəkillərin sayı 2132 nəfərə çatacaq. İlk dəfə olaraq ölkə tarixində vəkillərin sayı 2100 nəfəri keçəcək”, - deyə A.Bağırov bildirib.
Sədr qeyd edib ki, 2021-ci ildə 30 minə yaxın məhkəmə qərarı ilə bağlı dövlət hesabına hüquqi yardım göstərilib: “Ölkəmizdə hazırda 110-a yaxın vəkil bürosu fəaliyyət göstərir. Ölkə üzrə hər yerdə vəkil qurumlarımız var”.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu il dekabrın 25-də imzaladığı sərəncama əsasən, dekabrın 28-i Azərbaycanda vəkillərin peşə bayramı günü kimi təsis edilib.
Ramid İbrahimov
















