Bu gün bir sıra xəbər saytlarında və sosial şəbəkələrdə “Space” televiziyasının baş direktoru Vado Korovinin vəzifəsindən getməsi ilə bağlı məlumatlar yayılıb. İddialara görə, o, bu gün bütün departament rəhbərləri ilə vidalaşıb.
Bakıvaxtı.az xəbər verir ki, manset.az məsələ ilə bağlı Vado Korovinlə əlaqə saxlamağa çalışsa da, o, telefon zənglərinə cavab verməyib.
Daha sonra kanalın baş direktorunun müavini Nəriman Əbdüləliyevlə əlaqə saxlanılıb. Nəriman Əbdüləliyev Vado Korovinin vəzifədən azad edilməsi ilə bağlı yayılan məlumatları təkzib edib:
“Bəli, hazırda kanalda yoxlamalar aparılır. Yoxlamalar Audiovizual Şura tərəfindən həyata keçirilir. Lakin Vado Korovinin vəzifədən azad olunması ilə bağlı məlumat yanlışdır. Hələki belə bir qərar yoxdur. Bu gün iclas keçirilməli idi, müəyyən səbəblərdən baş tutmadı. Sabah saat 12:00-da iclasımız var. Vado müəllim də həmin iclasda iştirak edəcək” - deyə Nəriman Ə. bildirib.
Bakı 




