• Bakı 24° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Güllələnən polis əməkdaşının kimliyi müəyyən olunub - YENİLƏNİB

HADİSƏ

21 May 2021 | 15:52

Güllələnən polis əməkdaşının kimliyi müəyyən olunub - YENİLƏNİB

Qax rayonunda güllələnən polisin kimliyi məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, yaralanan şəxs Qax Rayon Polis Şöbəsinin əməkdaşı Hacıməhəmməd Hətəmovdur.

Qeyd edək ki, polis əməkdaşı ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. 

***

Qax rayonunda polis əməkdaşı insident nəticəsində yaralanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Çüdüllü kəndi ərazisində baş verib. 

Polis əməkdaşı ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, faktla bağlı araşdırma aparılır:

“Həmin şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir”.

oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026