• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycanda neftin hasilatı AZALDI

İQTİSADİYYAT

11 Avqust 2023 | 15:16

Azərbaycanda neftin hasilatı AZALDI

Bu ilin yanvar-iyul ayları üzrə Azərbaycanda 17,7 mln. ton neft (kondensatla birlikdə) hasil edilib, bu da illik müqayisədə 7,8% azdır.

Energetika Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, neft hasilatının 10,6 mln. tonu “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun (AÇG), 2,6 mln. tonu (kondensat) “Şahdəniz” qaz-kondensat yatağının, 40,4 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,5 mln. ton təşkil edib.

Hesabat dövründə 14,9 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5% azdır. İxrac olunan neftin 13,2 mln. tonu konsorsium, 1,7 mln. tonu isə SOCAR-ın payına düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026