Goranboy-Naftalan avtomobil yolunda qəza olub, üç nəfər xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1963-cü il təvəllüdlü M.Qasımov, 1962-ci il təvəllüdlü M.Bəşirov və 2007-ci il təvəllüdlü A.Məmmədova xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. /Report
















