• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Azərbaycanda daha bir AĞIR QƏZA - Ölən və xəsarət alan şəxslərin adları AÇIQLANDI - YENİLƏNİB

HADİSƏ

14 Dekabr 2023 | 19:26 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda daha bir AĞIR QƏZA - Ölən və xəsarət alan şəxslərin adları AÇIQLANDI - YENİLƏNİB

Köhnə Ələt-Astara yolunun 125-ci kilometrliyində, Cəlilabadın Alar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Biləsuvar istiqamətindən hərəkət edən "VAZ-2107" markalı minik avtomobili qarşıdan gələn "Mitsubishi" markalı maşınla toqquşub.

Çiskinli hava şəraitində baş verən qəzada "VAZ-2107"də olan sürücü və dörd sərnişin, eləcə də digər avtomobilin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıblar.

Qəza nəticəsində 36 yaşlı Ülkər Səmədova, 59 yaşlı Zemfira Ağayeva, 37 yaşlı Rəşad Rzayev, 30 yaşlı Şövqi Qasımlı və Mehrac Qəhrəmanov xəsarət alıblar. Digər sərnişin Biləsuvarın Xırmandalı kənd sakini, 32 yaşlı Xosrov Cəfərli isə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yaralılardan biri Reanimasiya şöbəsinə yerləşdirilib, birinin isə əməliyyatı davam edir. Digər üç xəstənin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Baş vermiş qəza ilə bağlı hadisə yerində ilkin araşdırmalar aparılıb. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb.

 

***

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az bildirir ki,  minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılır. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır./trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR