• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycanda bu vergi artırıla bilər

İQTİSADİYYAT

14 Oktyabr 2023 | 12:21 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda bu vergi artırıla bilər

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 127,4 milyon manatının və yaxud 0,4 %-nin yol vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi xəbər verib.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1,2 % çoxdur.

Yol vergisi üzrə daxilolmaların 90,4 milyon manatını və yaxud 70,6 %-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 37 milyon manatını və yaxud 29,4 %-ni isə Dövlət Gömrük Komitəsi təmin edəcək. Bunlar isə 2023-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 5,2 % çox və 7,5 % azdır.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026