• Bakı 22° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb

SİYASƏT

16 Sentyabr 2026 | 20:42 | Müəllif: Əli Hüseynov

Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.

    Bakıvaxtı.az-ın məlumatına görə, görüşdə ikitərəfli gündəliyin bir sıra cari məsələləri müzakirə olunub.

    Tərəflər, o cümlədən 2026-cı il iyulun 17-də Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında keçirilmiş danışıqlar zamanı əldə olunan razılaşmaların həyata keçirilməsini, tamhüquqlu mədəni dialoqun bərpasını və humanitar məsələlərin həllini müzakirə ediblər.

    Görüşdə, həmçinin qarşıdakı təmasların qrafiki nəzərdən keçirilib.

    Tərəflər 2022-ci il fevralın 22-də Moskvada ən yüksək səviyyədə imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin potensialının tam şəkildə reallaşdırılmasının vacibliyini vurğulayıblar.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Sentyabr 2026