• Bakı 18° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

AZAL Astanada regional biznes sammitlərinə qatılıb

CƏMİYYƏT

16 Sentyabr 2026 | 17:23 | Müəllif: Subhan Mahmudov

AZAL Astanada regional biznes sammitlərinə qatılıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 8–10 sentyabrda Qazaxıstanın paytaxtı Astanada keçirilmiş regional biznes sammitlərində iştirak edib.

Bakıvaxtı.az  bu barədə AZAL-a istinadə xəbər verir.

Məlumata görə, 8 sentyabrda "Xalis Sıfır Enerjiyə Doğru – Mərkəzi Asiya və Xəzər Biznes Sammiti" çərçivəsində aviaşirkət "Mərkəzi Asiyada Aviasiyanın Dekarbonizasiyası: Tənzimləyici Təzyiqlər, İkili Əhəmiyyətlilik və Maliyyə Riskləri" mövzusunda təqdimatla çıxış edib.

10 sentyabrda isə Mərkəzi Asiya və Xəzər regionu üzrə 13-cü Emal və Emal Məhsullarının Satışı Biznes Sammitində AZAL "Səmada Yeni Standart: Regionun Qlobal SAF İstehsal Mərkəzi kimi Mövqeləndirilməsi" mövzusunda sessiyaya moderatorluq edib.

Tədbirdə həmçinin AZAL-ın ESG sahəsində inkişaf yolu və aviasiya ekosistemi üzrə həyata keçirilən praktiki dekarbonizasiya həlləri, eləcə də dayanıqlılıq öhdəliklərinin şirkətin əməliyyatlarına inteqrasiyası istiqamətində görülən işlər təqdim olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026