q
  • Bakı 14° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.2641

Avropa İttifaqı ikili standatrlarını gizlədə bilmir

SİYASƏT

06 May 2026 | 16:23

Avropa İttifaqı ikili standatrlarını gizlədə bilmir

“Avropa İttifaqı uzun illərdir insan haqları və demokratiya kimi dəyərləri ön plana çıxarsa da, bu prinsipləri seçici şəkildə tətbiq edir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı siyasətçi, Zəfər Partiyası İzmir şəhər təşkilatının başqan müavini Cəvahir Əhmədova deyib.

Avropa İttifaqının Azərbaycanla bağlı siyasətini kəskin şəkildə tənqid edən C.Əhmədova qeyd edib ki, insan haqlarından danışan, demokratiyanı müdafiə etdiyini iddia edən bu qurum ölkələrə mülkiyyətinə, dininə və kimliyinə görə qərəzli yanaşır:

“Bu, artıq gizlədilə bilməyən ikili standartdır”.

Onun sözlərinə görə, Aİ öz maraqlarına uyğun davranaraq beynəlxalq ədalət prinsipini pozur:

“İşğalçı özlərinə yaxın olanda susurlar, amma əzilən tərəf onların xəttinə uyğun olmayanda birdən-birə sərt reaksiyalar verirlər. Bu, ədalət deyil, siyasi manipulyasiyadır”.

Cəvahir Əhmədova:  Aİ öz maraqlarına uyğun davranaraq beynəlxalq ədalət prinsipini pozur

Əhmədova əlavə edib ki, Avropa İttifaqının bu siyasəti beynəlxalq etimadı ciddi şəkildə sarsıdır:

“‘Lazım gələrsə müdaxilə edərik’ deyə güc nümayiş etdirmək istəyirlər, amma əslində öz nüfuzlarını itirirlər. Bu gün artıq bir çox dövlətlərin Avropa İttifaqına etibarı əvvəlki kimi deyil”.

Müsahibimiz vurğulayıb ki, Avropa İttifaqı həqiqətən dəyərlər üzərindən siyasət yürütmək istəyirsə, ilk növbədə öz daxilindəki ziddiyyətlərlə üzləşməlidir.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR