• Bakı 20° C

    2.65 m/s

Paşinyan Almaniyaya getdi, mükafat alacaq

DÜNYA

18 Sentyabr 2026 | 10:44 | Müəllif: Əli Hüseynov

Paşinyan Almaniyaya getdi, mükafat alacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyaya yola düşüb. 

Bakıvaxtı.az “Armenpress”ə istinadən xəbər verir ki, səfər çərçivəsində Visbadendə Paşinyana Hessen Sülh Mükafatı təqdim ediləcək. 

Bildirilib ki, bu mükafat ona Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması və Cənubi Qafqazda sülhün bərqərar edilməsi istiqamətindəki səylərinə görə veriləcək.  

Daha sonra Frankfurtun Ticarət-Sənaye Palatasında Ermənistan Baş nazirinin yerli sahibkarlarla görüşü baş tutacaq.

Qeyd edək ki, mükafat fondu 25000 avro olan bu təltif 1994-cü ildən etibarən Albert Osvald Fondu tərəfindən verilir. Fond Hessenin keçmiş Baş naziri Albert Osvald və onun ailəsi tərəfindən təsis edilib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR