• Bakı 24° C

    5.03 m/s

Aİ Şurası Azərbaycanla əməkdaşlığa ümid edir

COP29

19 Mart 2024 | 11:51

Aİ Şurası Azərbaycanla əməkdaşlığa ümid edir

Avropa İttifaqı (Aİ) Şurası COP29-un uğurlu nəticələri naminə Azərbaycanla əməkdaşlığa ümid edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ Şurasının martın 18-də təsdiqlədiyi “Yaşıl Diplomatiya” ilə bağlı nəticələrində qeyd edilib.

    “Şura Birləşmiş Ərəb Əmirliklərinə Dubayda BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP28) ev sahibliyi etdiyi üçün təşəkkür edir və BƏƏ konsensusunun qəbul edilməsini alqışlayır. Aİ COP29 və COP30-un nəticələrinin uğurlu və iddialı olması istiqamətində hazırkı sədrlik üçlüyü - Birləşmiş Ərəb Əmirlikləri, gələcək COP sədrlikləri Azərbaycan və Braziliya da daxil olmaqla, bütün tərəfdaşlarla işləməyi səbirsizliklə gözləyir”, - deyə sənəddə vurğulanıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Sentyabr 2026