q
  • Bakı 13° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.9938

    RUB - 2.2704

Aİ-nin enerji böhranı: Çıxış yolu Azərbaycandadırmı?

SİYASƏT

05 May 2026 | 11:54

Aİ-nin enerji böhranı: Çıxış yolu Azərbaycandadırmı?

İlham Əliyevin İrəvanda keçirilən Avropa Siyasi Birliyi Zirvəsi çərçivəsində səsləndirdiyi fikirlər Avropa institutları daxilində vahid mövqenin olmadığını göstərir.

Çıxış ümumilikdə Ermənistan-Azərbaycan sülh prosesinə yanaşmalardakı fərqlərin dərinləşdiyini ortaya qoyur. Xüsusilə parlament strukturlarının daha sərt və tənqidi xətt tutması siyasi balanssızlığın əlaməti kimi qiymətləndirilə bilər.

Bu yanaşma diplomatik səylərin koordinasiyasına mənfi təsir göstərən amil kimi önə çıxır. Azərbaycanın mövqeyi isə beynəlxalq hüquqa və ərazi bütövlüyü prinsipinə əsaslanan xətt üzərində qurulub. Bunun fonunda bəzi Avropa qurumlarının yanaşması Bakıda ikili standart kimi qəbul olunur.

Belə fərqli münasibətlər tərəflər arasında etimad mühitinin formalaşmasını çətinləşdirir. Eyni zamanda, regionda post-münaqişə dövründə siyasi ritorikanın sərtləşməsi riskini artırır. Avropa institutları daxilində bu parçalanma sülh təşəbbüslərinin effektivliyini də sual altına salır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən beynəlxalq münasibətlər üzrə mütəxəssis Əziz Əlibəylinin sözlərinə görə, Avropa İttifaqı daxilində yanaşma və maraqlar baxımından fərqliliklər müşahidə olunur:

“Avropa artıq müəyyən mənada iki fərqli xətt üzrə formalaşıb. Onun bir hissəsi lobbi, biznes və siyasi maraqların təsiri altında fəaliyyət göstərən qruplardan ibarətdir. Digər hissə isə, məsələn, İtaliyanın baş naziri Meloni və ya İspaniyanın baş naziri kimi daha rasional yanaşma sərgiləyən siyasi fiqurlardır”.

Əziz Əlibəyli:  Ziddiyətli yanaşmalar qalmaqdadır

Müsahibimiz qeyd edib ki, Avropa İttifaqı Rusiya–Ukrayna müharibəsi, eləcə də ABŞ–İsrail–İran gərginliyi fonunda enerji təhlükəsizliyini tam təmin etməkdə çətinlik çəkir:

“Uzun illər Rusiyadan asılı olan bu hibrid regional qurum hazırda həm sanksiyalar, həm də Ukrayna müharibəsinin təsiri nəticəsində enerji təhlükəsizliyi baxımından ciddi problemlərlə üzləşib. Bu şəraitdə Avropa müəyyən mənada çıxış yolunu Azərbaycanda görür və ölkəmizin enerji resurslarına və enerji siyasətinə ehtiyac duyur. Lakin buna baxmayaraq, ziddiyyətli yanaşmalar da qalmaqdadır”.

Əziz Əlibəyli əlavə edib ki, Avropa hökumətləri bir tərəfdən Azərbaycanla enerji əməkdaşlığını genişləndirməyə çalışır, digər tərəfdən isə müxtəlif qətnamə və qərarlarla ölkəyə qarşı fərqli mövqe sərgiləyir:

“Eyni zamanda bəzi hallarda erməni lobbisinin təsiri altında balanslaşdırma siyasəti aparmağa cəhd edirlər. Bütün bunlar isə Avropa İttifaqı daxilində ikili standartların mövcudluğunu açıq şəkildə ortaya qoyur”.

Aynur Babazadə


SON XƏBƏRLƏR

04 May 2026