• Bakı 22° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Ağdərədə atla minaya düşən şəxs DANIŞDI - VİDEO

HADİSƏ

12 Sentyabr 2026 | 09:47 | Müəllif: Subhan Mahmudov

Ağdərədə atla minaya düşən şəxs DANIŞDI - VİDEO

Sentyabrın 10-da Ağdərə rayonunun Papravənd kəndi ərazisində minaya düşən Tərtər rayon sakini, 2005-ci il təvəllüdlü Sərxan Bəxtiyar oğlu Rüstəmzadə hadisə barədə danışıb.

Bakıvaxtı.az AzTV-yə istinadən xəbər verir ki, S.Rüstəmzadə partlayış barədə deyib:

"At məni tullayıb özü də axsaya-axsaya qaçdı. Sonra bilmədim, o, geri qayıda bildi, ya yox. Amma cığırla qaçdı. Mən həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm, ona görə tərpənmədim. ANAMA əməkdaşlarına xəbər verdim. Onlar da gəlib məni 4-5 km çətin ərazidən cığır açaraq çıxardılar".

Qeyd edək ki, S.Rüstəmzadə yüngül xəsarət alıb.

Hazırda faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026