• Bakı 15° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Ağdaşda avtomobil iki bacını vuraraq öldürüb 

HADİSƏ

08 Oktyabr 2025 | 10:55

Ağdaşda avtomobil iki bacını vuraraq öldürüb

Ağdaşda yol qəzasında ölən şəxslərin bacı olduqları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə oktyabrın 7-də Ağdaş rayonunun Əmirarx kəndi ərazisində baş verib.

    Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən iki qadını vurub. Onlar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

    Ölən bacılar 1976-cı il təvəllüdlü Ramazanova Sədaqət və 1978-ci il təvəllüdlü Soltanova Elnarə Astara rayonunun Giləkəran kənd sakinləri olublar. Bacılar həkim qəbuluna gedirmişlər.

    Onlar doğulduqları Astara rayonunun Giləkəran kəndində dəfn olunublar.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    03 Oktyabr 2026