• Bakı 11° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Anasını öldürən oğula cinayət işi açılıb - YENİLƏNİB

HADİSƏ

23 Mart 2026 | 12:55

Anasını öldürən oğula cinayət işi açılıb - YENİLƏNİB

Ağdaşda qadının oğlu tərəfindən öldürməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağdaş rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, martın 23-də Ağdaş rayonunun Aşağı Qobuüstü kəndi ərazisində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyitinin aşkarlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla Anaxanım Əbilovanın 1989-cu il təvəllüdlü Rahib Əbilov tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanıb, R.Əbilov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.


***
10:15

Ağdaşda 70 yaşlı qadın qətlə yetirilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Aşağı Qobuüstü kəndində baş verib.

Kənd sakini Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən qadının oğlu, 37 yaşlı Rahib Əbilov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

22 Mart 2026