q
  • Bakı 11° C

    12.43 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Ağcabədidə 48 yaşlı qadın öldürüldü

CƏMİYYƏT

02 May 2026 | 18:05

Ağcabədidə 48 yaşlı qadın öldürüldü

Ağcabədi rayonunda qətl hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

İddiaya görə, əslən Ağdam rayonunun Mərzili kəndindən olan, 1969-cu il təvəllüdlü Ayaz Amanxan oğlu Səlimov həyat yoldaşı, 1978-ci il təvəllüdlü Nəzakət Vidadi qızı Səlimovanı ailədaxili münaqişə zəminində qətlə yetirib. Bildirilir ki, kişi qadını mətbəxdə istifadə olunan ət baltası ilə öldürüb.

Hadisəni törətməkdə şübhəli bilinən A.Səlimov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. /Qafqazinfo


SON XƏBƏRLƏR

01 May 2026