Ağ Evin Kommunikasiya direktoru Stiven Çenq Hollivud aktyoru Corc Klunini "hərbi cinayətkar" adlandırıb.
Bakıvaxtı.az xəbər verir ki, buna aktyorun ABŞ prezidenti Donald Trampa qarşı sərt ictimai tənqidi səbəb olub. Tramp əvvəllər İran haqqında danışarkən "bütün bir sivilizasiya məhv ola bilər" demişdi. Kluni İtaliyada məktəblilər qarşısında çıxışı zamanı bildirib ki, "Əgər kimsə sivilizasiyaya son qoymaq istədiyini deyirsə, bu, hərbi cinayətdir".
Çenq sosial mediada "Müharibə cinayətləri törədən yeganə şəxs dəhşətli filmləri və dəhşətli aktyorluq bacarığı ilə Corc Klunidir" deyə cavab verib.
"İnsanlar yaxınlarını itirirlər. Uşaqlar ölür. Qlobal iqtisadiyyat uçurumun astanasındadır. İndi uşaqcasına hücumlar deyil, ən yüksək səviyyədə ciddi müzakirələr vaxtıdır" deyən Kluni aktyor həmçinin tənqidlərə istehza ilə cavab verib:
"Administrasiyanın müdafiəsi nədir? Məni uğursuz aktyor adlandırmaq? Hətta bununla razılaşmağa hazıram - xüsusən də "Betmen və Robin"dən sonra."
Bakı 




