• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

 "ABŞ Türkiyənin yanındadır" - Səfirlik

DÜNYA

19 Sentyabr 2022 | 11:59

"ABŞ Türkiyənin yanındadır" - Səfirlik

“ABŞ terrorla mübarizədə NATO müttəfiqi olan Türkiyənin yanındadır”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Ankaradakı səfirliyi məlumat yayıb.

Diplomatik nümayəndəlik sentyabrın 18-də Şanlıurfada törədilən terror aktında Türkiyə hərbçisinin ölümünə görə başsağlığı verib.

“Türkiyədəki ABŞ diplomatik nümayəndəliyi olaraq dünən Şanlıurfadakı hücumda həlak olan türk əsgərinin ailəsinə və yaxınlarına başsağlığı veririk”, - səfirlikdən bildirilib.

Qeyd edək ki, sentyabrın 18-də PKK terror qruplaşmasının üzvləri Şanlıurfanın Suruç vilayətində terror aktı törədiblər. Nəticədə Türkiyə ordusunun İsmet Aybek adlı hərbçisi şəhid olub, daha 1 əsgər isə yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026