• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

ABŞ bu iddianı rədd etdi

SİYASƏT

22 Mart 2026 | 22:08 | Müəllif: Zeynəb Rzayeva

ABŞ bu iddianı rədd etdi

“İranın ABŞ-nin F-15 təyyarəsini vurması iddiası yalandır”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” hesabında paylaşım edilib.

Bildirib ki, İranın ABŞ F-15 təyyarəsini vurması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.

Qeyd edilib ki, ABŞ qüvvələri “Epik Qəzəb” əməliyyatı çərçivəsində 8 mindən çox döyüş uçuşu həyata keçirib və bu müddətdə heç bir F-15 qırıcı təyyarəsi zərər görməyib.

Qeyd edək ki, İran dövlət televiziyası bir neçə saat əvvəl ölkənin cənubunda ABŞ-yə məxsus F-15 qırıcı təyyarəsinin vurulduğunu iddia etmişdi. Məlumata görə, təyyarənin Hörmüz adası yaxınlığında qəzaya uğradığı və hadisə ilə bağlı araşdırma aparıldığı bildirilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026