• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Abdullah Zubir həftənin oyunçusu seçilə bilər

İDMAN

16 Fevral 2024 | 09:04

Abdullah Zubir həftənin oyunçusu seçilə bilər

UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, dörd oyunçunun yer aldığı siyahıda "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir də var.

O, Portuqaliyada "Braqa"ya 4:2 hesabı ilə qalib gəldikləri matçda 2 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Digər namizədlər İtaliyanın "Milan" komandasından Ruben Loftus-Çik, Türkiyə təmsilçisi "Qalatasaray"dan Mauro İkardi və Portuqaliyanın "Benfika" kollektivindən Anxel Di Mariyadır.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR