• Bakı 16° C

    0.32 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

43 yaşlı qadın əməliyyatdan sonra öldü - Araşdırma başladı - YENİLƏNİB

HADİSƏ

16 Fevral 2026 | 13:00

43 yaşlı qadın əməliyyatdan sonra öldü - Araşdırma başladı - YENİLƏNİB

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (SN AEM) fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktına münasibət bildirib.

Qurumdan Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı araşdırmalar başlayıb:

"Medi Hall” hospitalla bağlı səlahiyyətimizə aid olan bütün məsələlər SN AEM tərəfindən ciddi araşdırılır".

***

11:44

Bakının Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital"da əməliyyatdan üç gün sonra 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, əməliyyat fevralın 10-da olub:

"Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək".

***

11:09

Bakıda qadın estetik əməliyyatdan sonra ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Binəqədi rayonunda yerləçən “Medi Hall” hospitalda baş verib.

    Fevralın 10-da Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Nigar İsmayılova hospitalda bədən şəkilləndirmə cərrahiyyə əməliyyatı olunub və fevralın 13-də ölüb.
    Araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR