• Bakı 23° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

2 qol vuran Arda bu dəfə “qırmızı” ilə fərqləndi - VİDEO

CƏMİYYƏT

16 Aprel 2026 | 01:16 | Müəllif: Əli Hüseynov

2 qol vuran Arda bu dəfə “qırmızı” ilə fərqləndi - VİDEO

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Real” səfərdə “Bavariya”ya məğlub olaraq turnirlə vidalaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Münxendə keçirilən gərgin qarşılaşma meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun ən çox müzakirə edilən siması isə Madrid klubunun gənc ulduzu Arda Gülər olub. Matçda dubl edərək komandasını sona qədər mübarizədə saxlayan Arda qarşılaşmanın final fitindən sonra hakimə kəskin etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, iki oyunun nəticəsinə görə rəqibini üstələyən “Bavariya” yarımfinala yüksəlib. Almaniya təmsilçisi bu mərhələdə Fransanın PSJ klubu ilə üz-üzə gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026