• Bakı 15° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

2 gündür davam edən yanğın: 240 ev...

DÜNYA, CƏMİYYƏT

16 Iyul 2024 | 11:22

2 gündür davam edən yanğın: 240 ev...

Türkiyədə 2 gündür meşədə yanğın davam edir.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, Manisanın Soma rayonunda meşədə baş verən yanğına havadan və qurudan müdaxilə edilir.

Belə ki, yanğına aviasiya, 2 helikopter, 10 su tankeri, 5 su təchizatı bloku və 2 buldozer müdaxilə edilib, möhkəmləndirmə işləri aparılıb  və sonrakı saatlarda təyyarələrin sayının 6-ya, helikopterlərin sayının 12-yə, su gəmilərinin sayının isə 65-ə çatdırıldığı qeyd olunub.

Bölgədə 2 məhəllədə 240 ev təsərrüfatının təxliyyə edildiyi bildirilib.

Mina Mikayılova


2 gündür davam edən yanğın: 240 ev...
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026