• Bakı C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Zidan Fransa millisinin baş məşqçisi olacaq

İDMAN

23 Mart 2026 | 19:24

Zidan Fransa millisinin baş məşqçisi olacaq

Zinəddin Zidan Fransa milli komandasının baş məşqçisi təyinatı ilə bağlı Fransa Futbol Federasiyası (FFF) ilə şifahi razılığa gəlib.

Bakıvaxtı.az MARCA-ya istinadən xəbər verir ki, FFF prezidenti Filip Diallo artıq varisin seçildiyini təsdiqləyib.

Lakin o, yeni baş məşqçinin kimliyini açıqlamaq istəməyib. Federasiya rəsmisinin sözlərinə görə, boş qalan vəzifə uğrunda beş fransız mütəxəssis mübarizə aparıb.

İddiaya görə, indiki baş məşqçi Didye Deşamı DÇ-2026-dan sonra Zidan əvəzləyəcək.

53 yaşlı mütəxəssis futbolçu kimi Fransa millisində 108 oyun keçirib və 31 qol vurub. O, məşqçi kimi Madrid “Real”ını çalışdırıb.


SON XƏBƏRLƏR

22 Mart 2026