• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Zaxarova: “Azərbaycanın hərbi təlimləri risk yaratmır”

SİYASƏT

12 Mart 2021 | 14:17

Zaxarova: “Azərbaycanın hərbi təlimləri risk yaratmır”

Azərbaycanın əməliyyat-taktiki təlimləri planlı xarakter daşıyır və bölgədəki sabitlik, təhlükəsizlik üçün risk yaratmır.

Bakıvaxtı.az avision.az-a istinadən xəbər verir ki, bunu həftəlik brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Hərbi təlimlər Cənubi Qafqazın bütün dövlətləri tərəfindən keçirilir. Bu, müntəzəm olaraq aparılır və müvafiq məlumatlar əvvəlcədən maraqlı tərəflərə çatdırılır", - Zaxarova əlavə edib.

Rusiya xarici siyasət idarəsinin rəsmi nümayəndəsi bildirib ki, Moskvada mövcud olan məlumatlara görə, hərbi təlimlər planlı xarakter daşıyır və qoşunların döyüş hazırlığını yaxşılaşdırmaq məqsədinə istiqamətlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR