• Bakı 24° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Yunanıstanda meşələri yandıran onlarla insan saxlanılıb

HADİSƏ

10 Avqust 2021 | 00:55 | Müəllif: Subhan Mahmudov

Yunanıstanda meşələri yandıran onlarla insan saxlanılıb

Yunanıstanın yanğınsöndürmə xidmətinin müstəntiqləri üç gün ərzində qəsdən və ehtiyatsızlıqdan yanğın törədən on nəfərdən çox şəxsi saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xidmətin məlumatında yer alıb. Qeyd olunub ki, həmin şəxslər Korfu adası, Larisa və Pirey şəhəri yaxınlığında, paytaxt Afinanın mərkəzində və ən şiddətli meşə yanğınlarının qeydə alındığı Kalamata şəhərində ələ keçiblər.

Yunanıstanda son 40 ilin rekord istiləri qeydə alınıb. Keçən həftə, avqustun 3 -də bəzi bölgələrdə havanın temperaturu 47 dərəcəyə çatıb. Ölkədə bir həftədir şiddətli meşə yanğınları davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026